Türkiyə XİN rəhbəri təcili Moskvaya səfər edib

Türkiyə XİN rəhbəri təcili Moskvaya səfər edib backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya səfəri başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə baxmayaraq, nazir Çavuşoğlu Rusiyaya səfər edib.

Xatırladaq ki, Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin görüşü planlaşdırılır. Bildirilib ki, danışıqlar zamanı Suriyada dinc əhaliyə humanitar yardımların çatdırılmasında birgə razılaşdırılmış səylərin davam etdirilməsi və ölkədə hərtərəfli siyasi nizamlanma ətrafında müzakirələr aparılacaq.

Görüşün dəqiq vaxtı açıqlanmayıb.
Diaspora