Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb backend

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə nəticələnən terror aktı barədə bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir: “Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə başsağlığı veririk.

Bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminliyimizi bildiririk.

Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiyanın və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək.

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz”.
Diaspora