Rusiyanın Türkiyədəki səfirinə hücumda məqsəd Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqdır.
Bunu Trend-ə eksklüziv açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat bölməsinin sabiq rəisi, ehtiyatda olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib.Onun sözlərinə görə, bu sui-qəsd heç bir halda Hələbdəki vəziyyətlə əlaqəli ola bilməz:
“Bu işdə Türkiyə və Rusiyanın dostluğunu istəməyən qüvvələrin əli var”.
İ.H.Pekin hesab edir ki, səfirə hücum iki ölkənin münasibətlərində yenidən böhran yaratmağa hesablanıb.