Milli Məclisinin deputatları Fəzail Ağamalı, Zahid Oruc, Rövşən Rzayev və Fazil Mustafa erməni hüquq müdafiəçilərinin Bakıya gəlişini və erməni-Azərbaycan sülh platformasının yaradılmasını dəstəkləyiblər.
Xəbəri Milli Məclisdən virtualaz.org-un xüsusi müxbiri verib.Platformanın üzvləri qeyd edirlər ki, uzunmüddətli sülhün qarantı Azərbaycanın işğal edilmiş ərazilərinin sözsüz azad olunması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpası, həmçinin Azərbaycan tərkibində Dağlıq Qarabağın hüquqi statusunun təyinidir.
Virtualaz.org-a o da məlum olub ki, deputatlar həmçinin Ermənistan rəhbərliyini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyən fəalları təqib etdiyinə görə ittiham ediblər.