Ermənistanın fövqəladə hallar naziri ölüb

Ermənistanın fövqəladə hallar naziri ölüb backend

Ermənistanda nazir ölüb. APA-nın erməni mətbuatına istinadən məlumatına görə, İrəvanın "Nairi" tibb mərkəzində ölkənin fövqəladə hallar naziri Armen Eritsyan keçinib.

O, onkoloji xəstəlikdən əziyyət çəkib və dekabrın 13-də vəziyyəti pisləşdiyindən tibbi mərkəzə çatdırılıb.

1960-cı ildə İrəvanda doğulan Armen Eritsyan Ermənistanın müxtəlif illərdə daxili işlər orqanlarında çalışıb.

O, 2010-cu ildən Ermənistanın fövqəladə hallar naziri vəzifəsini tutub.
Diaspora