Ermənistan gərək Azərbaycanla İsrailin ikitərəfli münasibətlərinin dərinləşməsinə imkan verməsin.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Nyus.am” saytına açıqlamasında erməni politoloq Stepan Safaryan söyləyib.İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya səfərini şərh edən ekspert Ermənistanın Tel-Əvivlə yaxınlaşma şansını əldən verdiyini bildirib:
“Ermənistanın İsraillə münasibətlərini yaxşılaşdırmaq üçün çox imkanları var idi. İrəvan bunların heç birindən yararlanmadı. Ona görə ki, bizim xarici siyasətimiz yoxdur. Belə şanslardan biri Türkiyə-İsrail münasibətlərinin pisləşməsi idi, amma biz bundan da fayda götürə bilmədik”.