“Azərbaycanın Dağlıq Qarabağ problemi möcuddur. Bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Bu problem 25 ildir ki, davam edir”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib.
Səfir bildirib ki, bu məsələdə Türkiyə Azərbaycanın yanındadır.Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətində ciddi irəliləyiş hiss olunmur. (“Report”)