Qorbaçov: “Keçmiş SSRİ ərazisində yeni ittifaq yaradıla bilər”

Qorbaçov: “Keçmiş SSRİ ərazisində yeni ittifaq yaradıla bilər” backend

“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil”.

Adalet.az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib.Onun fikrincə, yeni ittifaqın yaranması ehtimalı var: “Sovet İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, ammakönülü şəklidə ittifaq yaranması mümkündür”.

Qeyd edək, 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin,Leonid Kravçukvə Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətinin dayandırılmasına dair sənəd imzalayıblar. Onlar Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçyov SSRİ prezidenti vəzifəsindən istefa verib.


Diaspora