Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, iclasda nazirlər və yüksək vəzifəli dövlət məmurları iştirak edəcək.Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.