Türkiyənin baş nazirinin köməkçisi Kurtulmuş Beşiktaşdakı terror aktı barədə açıqlama verib.
Qaziler.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin baş nazirinin köməkçisi Numan Kurtulmuş terrorla bağlı etdiyi şərhdə hadisəni araşdırarkən bütün oxların PKK-nı göstərdiyini deyib. Fakt təstiqini tapacağı təqdirdə ictimaiyyətə çatdırılacağını vurğulayıb.O,hadisənin əvvəlcədən planlaşdırılmış ssenari üzrə gerçəkləşdiyini deyib:
“Nəzərə alsaq ki, stadiondan bütün azarkeşlər çıxarkən, polislər təhlükəsizliyi təmin etməyə başlayanda partlayış olub, deməli terrorçular polisləri hədəfə alıblar.”
Kurtulmuş, ən az 300-400 kiloluq bir partlayıcıdan istifadə edildiyini bildirib.