İran Britaniyaya nota verib

İran Britaniyaya nota verib backend

Britaniyanın Tehrandakı səfiri Nikolas Hapton Britaniyanın baş naziri Tereza Meyin Fars Körfəzi ölkələri başçılarının sammitindəki “müdaxiləedici və düşünülməmiş” çıxışına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az-ın məlumatına görə, bunu İran XİN-nin sözçüsü Bəhram Qasimi deyib.

B.Qasimi deyib ki, XİN rəhbərinin Qərbi Avropa üzrə müavini Britaniya səfirinə baş nazirin “düşünülməmiş” çıxışına görə İran İslam Respublikasının etiraz notasını verib.

B.Qasimi əlavə edib ki, görüşdə həmçinin səfirə bildirilib ki, “xanım Tereza Meyin qeyd olunan sammitdəki məsuliyyətsiz, təhrikedici və ixtilafyaradıcı çıxışı qəbuledilməzdir. Təkidlə bir daha bu cür qəbuledilməz çıxışların müşahidə edilməyəcəyinə ümid edirik. Bu kimi davranışlar əlaqələrin inkişafına dair elan olunmuş mövqeyə ziddir və əlaqələri korlayır”.

B.Qasiminin sözlərinə görə, Britaniya səfirinə həmçinin bildirilib ki, “İran İslam Respublikasının regiondakı siyasəti terrorizmlə mübarizədə sülh, sabitlik və təhlükəsizliyin təminidir: “Bir haldakı, regionun bəzi ölkələri açıq-aşkar terrorizmi dəstəkləyirlər. Bu həqiqət Britaniya rəsmilərinin və baş nazirinizin gözündən yayınıb və bu təəssüfedici və təəccüblüdür”.

Britaniyanın Tehrandakı səfiri Nikolas Hapton da, öz növbəsində, ölkəsini İranla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb və İranın mesajını tez bir zamanda Britaniya XİN və baş nazirin ofisinə çatdıracağını vəd edib.
Diaspora