Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə dünən 47 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı başsağlığı verib.
QAZİLER.AZ-ın president.az-a istinadən məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”