Moskvada Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa” keçiriləcək

Moskvada Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa” keçiriləcək backend

Dekabrın 8-də Rusiya Federal Məclisinin orqanı olan “Parlamentskaya qazeta” nəşrinin mətbuat mərkəzində “Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Qaziler.az Azərtac-a istinadən bildirir ki, Diskussiyalarda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının deputatı Olqa Kazakova, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü İqor Morozov, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin baş direktoru Valeri Fyodorov, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov iştirak edəcəklər.
Diaspora