Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb

Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb backend

Azərbaycan Prezidenti İlham Əliyev "İsfəndiyar Vahabzadənin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Diaspora