Bu gün Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefası tələb ilə Kiyev vilayətindəki evinin qarşısında aksiya keçirilib.
Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aksiyada 2 minə yaxın insan iştirak edib.Aksiya təşkilatçıları özlərini “avtomaydançılar” adlandırıblar. Aksiya təşkilatçıları A. Avakovu polisdə uğursuz islahatlar aparmaqda, korrupsionerləri himayə etməkdə, 2014-cü ilin qışında Kiyevin Müstəqillik meydanında aksiyaçılara qarşı güc tətbiqində günahlandırıblar.
Ukrayna Daxili İşlər Nazirliyi A. Avakovun hazırda Ottavada işgüzar səfərdə olduğunu açıqlayıb.
Xatırladaq ki, bu gün Kiyevin Knyajiçi qəsəbəsində cinayətkarları yaxalamaq üçün keçirilən əməliyyat zamanı anlaşılmazlıq yaşanıb, mühafizə polisi ilə atışma olub. Nəticədə 5 polis həlak olub. Lakin bu aksiya öncədən planlaşdırılıb və 5 polis əməkdaşının həlak olması ilə əlaqəli deyil.