Əfqanıstan üzrə növbəti "Asiyanın ürəyi" beynəlxalq konfransı 2017-ci ildə Azərbaycanda keçiriləcək və bu ölkə gələn il həmsədr olacaq.
Qaziler.az-ın məlumatına görə, bu barədə Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani məlumat verib. Nazir konfransın Bakıda keçirilməsinə razılıq verdiyi üçün Azərbaycana təşəkkür də edib.Xatırladaq ki, Lapis-Lazuli layihəsi Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.
"Asiyanın ürəyi" konfransı hər il keçirilir və "İstanbul prosesi" adını daşıyır. Bu formatda birinci konfrans 2011-ci ilin noyabrında İstanbulda olub.