İtaliyanın paytaxtında “Roma dialoqu” konfransı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bildirib.Onun sözlərinə görə, söhbət zamanı tərəflər Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.
“Dövlət katibi Suriyadakı vəziyyət, xüsusilə Hələbdə mülki vətəndaşlara davam edən hücumlarla bağlı narahatlığını bildirib. Tərəflər hərbi əməliyyatların dayandırılması ilə əlaqədar səylərin artırılması, humanitar yardımın əhaliyə çatdırılması və siyasi keçidin perspektivlərini müzakirə ediblər. Dövlət katibi Liviyadakı vəziyyətə toxunaraq, ABŞ-ın ölkədəki Milli Barışıq Hökumətinə dəstək verdiyini vurğulayıb. Söhbət zamanı həmçinin Yəməndəki vəziyyətə dair fikir mübadiləsi aparılıb”, - deyə E.Trüdo qeyd edib.