Deməli Fransanın preizdenti Fransua Olland dünənki çıxışında bildirib ki, gələn il prezident seçkilərində ikinci dəfə namizədliyini irəli sürməyəcək. Elə sizin kimi fransız jurnalistlər də sual verdi ki, axı niyə?
Ollandın cavabı isə bu olub ki, o kifayət qədər yorulub və həyatının geri qalanını siyasətdən uzaq sakit həyat sürməkla yaşayacaq. Lakin ölkə mediası prezidentin bu açıqlamasını səmimi hesab etməyib. 2012-ci ildə Fransua Olland ölkə başçısı seçiləndə xalq yeni rəhbərdən Avropa siyasi meydanında at oynadacağını gözləyirdilər. Lakin ümidləri doğrulmadı və bu 4 ildə onun Almaniya kansleri xanım Mergelin həmişə yanında gəzdiyinin şahidi olduq. Fransa kimi nəhəng politik bir dövləti Almaniyanın yanında cılızlaşdıran prezidenti sözsüz ki, xalq yenidən öz postunda görmək istəməyəcək. Bunu Fransua da çox yaxşı bilirdi. Lakin, prezidentlik nüfuzuna xələ yetirməmək üçün o fərqli cavab vermişdi.Fransua Ollanda şükür, bundan əvvəl Nikola Sarkozinin prezidentlik dövründə etmədiyi biyabırçılıq qalmamışdı. Çılpaq modelyerin sinəsinə aşıq olan Nikolanın yəqin həmin modelyerin də bir prezident nüfuzuna aşiq olduğunun fərqinə varmamışdı. İğtışaşlarda yemədiyi yumruqlar qalmadı. Qısası Sarkozi siyasətə sarkazım kimi yanaşdı. O boyda Fransanın prezidentlərinə baxee.
Rüfət Soltan
Adalet.az