ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il uzadılmasına dair səndə hazırlayıb.
Qaziler.az Reuters-ə istinadən xəbər verir ki, sənədin mətni ABŞ-ın hazırki prezidenti Barak Obamaya təsdiqə göndərilib.Ekspertlər hesab edirlər ki, Obama sanksiyaların uzadılmasını dəstəkləyəcək.
Qeyd edək ki, sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək imkanı verir.