Daha bir ölkə Azərbaycanda səfirlik açır

Daha bir ölkə Azərbaycanda səfirlik açır backend

Peru Azərbaycanda diplomatik nümayəndəlik açmağı planlaşdırır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bununla bağlı Peru XİN-dən Azərbaycan XİN-ə nota daxil olub.

Sənəddə iki ölkə arasında siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan XİN Perunun bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.
Diaspora