Millət vəkilləri Rusiyanı qınadı

Millət vəkilləri Rusiyanı qınadı backend

Doğrudur, Rusiyanın Ermənistana verdiyi”Isgəndər -E “ tipli raketin təhlüküəsi bundan öncəki eyni tipli silahlardan daha dəqiq və güclüdür. Bunu yerli və rusiyalı pllitoloqlar öz şərhlərində Azərbaycan üçün təhlükəli ola biləcəyini şərh edərkən bildirib. Elə Milli Məclisdə də sözü gedən raketin mahiyyəti fonunda Rusiya ilə bağlı müzakirələr gedib. Aprel döyüşlərində girməyə dəlik axtaran Sarkisyanın dadına Putin çatdı.

Onu başına gələcək fəlakətlərdən xilas etmək üçün atdığı ən vacib addımlardan biri məhz Ermənistanın müdafiəsinə yönəlmiş “İsgəndər” raketi oldu. Milli məclisin iclasında çıxış edən Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana "İsgəndər-E” raket kompleksləri verməsi, prezident Sərkisyanın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir:

"Sarkisyan Moskvaya sığınandan sonra bizə meydan oxumağa başlayıb. Arxasında Rusiyanın ona verdiyi "İsgəndər” raketini hiss edib, belə "cəsarətlə” çıxış etməyə başlayıb. Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır və mən də dəfələrlə bəyan etmişəm ki, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Amma o da bəllidir ki, Qarabağ münaqişəsinin həllində Rusiya vasitəçi olduğu kimi, işğalçı ölkənin də arxasında dayanan elə Rusiyadır. Rusiya-Ermənistan münasibətlərinin bu səviyyəsi Rusiya-Azərbaycan münasibətlərinə uyğun gəlmir. Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğu bəyan edilsə də, reallıq bunun əksini sübut edir. Artıq buna göz yummaq olmaz”.

Rusiyalı Politoloq Pavel Ferhenqauerin şərhlərinə də diqqət yetirsək məsələnin nə qədər ciddi xarakter daşçıdığının fərqinə varmaq olar. O bildirib ki, Ermənistan ordusunda bu vaxta qədər R-17 raket kompleksi olub: “Lakin həmin raket kompleksinin hədəfi vurmaq dəqiqliyi və məsafəsi “İsgəndər”dən azdır. “İsgəndər” isə hədəfi dəqiq vurur. Ermənistana verilən çox güman ki, “İsgəndər E” raket kompleksidir. Bu kompleks “İsgəndər M”-dən çox fərqlənir. “İsgəndər E” ixrac edilən modifikasiyadır. Onun hədəfi vurmaq uzaqlığı “İsgəndər M”-dən 200 km azdır. “İsgəndər M” 500 km-dən çox məsafədəki hədəfi vurur.

Deputat Fazil Mustafa da iclasda çıxış edib. O Azərbaycanın maliyyələşdirdiyi Rusiyada yayımlanan “MİR” telekanalı ilə bağlı vacib məqamlara toxunub. Millət vəkili sözü gedən kanalda təbliğat mövzusunda narazılığını bildib. Fazil Mustafa qeyd edib ki, Rusiyaya məxsus "Mir” telekanalı Azərbaycanda sərbəst yayımlansa da, bir dəfə də onun efirində Azərbaycanın ağrılı problemindən – torpaqların işğalından danışılmır: "Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə də olsun orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Amma Ermənistan bürosu o ölkənin problemlərini daim işıqlandırır. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?!”

F. Mustafa son günlər Azərbaycana gələn ermənilərin səfərlərinə də etiraz edib:
"Sanki bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir. Kim onların bura sağlam niyyətlə gəlməsinə zəmanət verə bilər? Xüsusi xidmət orqanlarımız buna diqqət etməlidirlər”.

Milli məclisdə narahatyçılıq yaradan məsələlərdən biri də əcnəbilərin işğal altında olan torpaqlarımıza icazəsi gəgirmələridir. Ötən günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan KİV-də bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə məlumatlara münasibət bildirmişdi. XİN-in mətbuat xidməinin rəhbəri Hikmət Hacıyev deyib ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir ki qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur. Nazirlikdən verilən məlumata görə, Azıx mağarasında axtarış aparan əcnəbilərdən ikisi "qara siyahı"ya salınıb.

Deputat Qənirə Paşayeva isə xarici sənət, iş adamları, siyasətçilər və diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb. O bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak etdikdən sonra Bakıya gəlir: "Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və s. Bir çoxlarının adları sonradan "qara siyahı”dan çıxarılır. Bu günlərdə Fransa parlamentinin "Fransa-Qarabağ” dostluq qrupunun üzvləri qondarma "DQR”ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir”.

Rasim Musabəyov isə Rusiyaya qarşı sərt çıxışlara etiraz edib, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətdə olmaqla, problemin həllinə üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Rüfət Soltan
Adalet.az



Diaspora