Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyaya səfərə gedib.
Qaziler.az xəbər verir ki, səfər üç gün-noyabrın 27-dən 30-dək davam edəcək.Bir gün əvvəl “İzvestiya” qəzetinə verdiyi müsahibədə Sarkisyan bildirmişdi ki, Moskvada Rusiyanın müdafiə naziri, ordu generalı Serqey Şoyqu ilə danışıqları planlaşdırılıb. Bundan başqa, gündəlikdə Ermənistan və Rusiya hərbçilərindən ibarət Birgə qruplaşma haqqında dövlətlərarası razılaşmanın imzalanması, həmçinin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması məsələləri də var: "Mən Ermənistanın, bizim əməkdaşlq ittifaqımızın irəliləyişi işinə hiss olunan töhfə verən dostları, erməni-Rusiya münasibətləri ilə məşğul olan deputatlar və diplomatlarla, eləcə də Ermənistandan ezam edilmiş və Rusiyanın müxtəlif hərbi məktəblərində təhsil alan kursantlar və erməni diasporasının nümayəndələri ilə görüşəcəyəm”.
Səfər proqramında Rostov-Donda Cənub Hərbi Dairəsinin Qərargahına baş çəkmək, Dairənin qoşun komandanlığı ilə danışıqlar, hərbi dairə idarəsinin regional məntəqələrinin strukturu ilə tanış olmaq və s. məsələlər də var.
Adalet.az