Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bunu Tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.O, hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib:
“Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…”.
Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.