Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcının gələn həftə Azərbaycana səfəri gözlənilir.
Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.N.Avcının Şəkidə TÜRKSOY ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü iclasında iştirak edəcəyi bildirilir.
Toplantıda 2017-ci il üçün "Türkdilli ölkələrin mədəniyyət paytaxtı" seçiləcək.
Bundan başqa, noyabrın 28-29-da Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslanın Azərbaycana işgüzar səfəri gözlənilir.
Ə.Arslan türkdilli ölkələrin İKT üzrə işçi qrupunun iclasında iştirak edəcək.