İsrail bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycana müraciət edib.
BakiPost.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.Təyyarə bu gün yola düşəcək.