“Avropa İttifaqının terror qruplaşması elan etdiyi PKK-nın Avropa meydanlarında mitinqlər keçirməsinə icazə verilir”.
Qaziler.az "Haber 7"yə istiandən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Müəllimlər günü" ilə bağlı keçirilən toplantıda bildirib.“Almaniya kimi bir ölkə “Terrora - Xeyr!”, “Demokratiyaya -Hə!” mitinqi keçirmək istəyənlərə icazə vermir. Qərbin bu səmimiyyətinə inanmaq olarmı? Türkiyə Cümhuriyyəti prezdentinin telekonfrans keçirməsinə icazə verilmir, ancaq terrorçuların nümayişinə izn verilir. Bunlar terrorun yardımçısı, üzvləridir. Kimsə durub bizə dərs verməsin. Kimliyindən asılı olmayaraq, terrora dəstək verəni bağışlamayacağıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Almaniyada “Terrora - Xeyr!”, “Demokratiyaya - Hə!” şüarı ilə mitinqin keçirilməsinə Almaniyada icazə verilməyib. Həmin mitinqə Rəcəb Tayyib Ərdoğanın da telekonfransla qatılacağı planlaşdırılıbmış.