Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb backend

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə 9.4-1-ci bənd əlavə edilsin.

Həmin bənd komitəyə yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək səlahiyyətini verir.
Diaspora