Pakistan prezidenti Məmnun Hüseyn və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə layihələrin daha tez reallaşmasının zəruriliyi barədə razılığa gəlib.
Qaziler.az bildirir ki, Trend bu barədə Pakistanın "Daily Times" saytına istinadən məlumat verir.Prezidentin sözlərinə görə, Pakistan ümumi tarixi, mədəni, dini və digər dəyərlərə malik Azərbaycanla qardaşlıq əlaqələrinə böyük önəm verir.
O həmçinin qeyd edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı bundan sonra Azərbaycanın mövqeyini dəstəkləyəcək.
İki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsindən razılığını bildirən Pakistan prezidenti ticarət əlaqələrinin də genişlənməsinin zəruriliyini vurğulayıb.
Yaqub Eyyubov öz növbəsində Azərbaycanın Pakistanla müxtəli sektorlarda birgə müəssisələr yaratmaq niyyətində olduğunu deyib.