İlham Əliyev Bridcet Brinki qəbul etdi

İlham Əliyev Bridcet Brinki qəbul etdi backend

Prezident İlham Əliyev bu gün görüş keçirib. BakiPost.az xəbər verir ki, dövlət başçısı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridcet Brinki qəbul edib.


Dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələr arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb
Diaspora