Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa söhbət olub.
Qaziler.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.“Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birilərini salamlayıb, aralarında qısa söhbət baş tutub”, deyə D.Peskov qeyd edib.
Qeyd edək ki, Limadakı sammit Barak Obamanın prezident qismində keçirdiyi son beynəlxalq tədbirdir.