Yaponiyanın məşhur “Hokkaydo” qəzetində Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi Əlibəy Məmmədovun müsahibəsi yayımlanıb.
Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələrindən bəhs olunan müsahibədə Aprel döyüşlərindən də söhbət açılıb və müharibənin nə zaman bitəcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.Əlibəy Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmaq istəmir və insanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşır. Ona görə də münaqişənin həlli üçün “müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil.
O, həmçinin, deyib ki, sözügedən müsahibə yayımlanandan sonra Yaponiyadan ismarışların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar Dağlıq Qarabağ məsələsinə ciddi maraq göstərir.
Qeyd edək ki, “Hokkaydo” qəzetinin gündəlik səhər satışı 1 milyon 23 min 378, axşam satışı 432 min 422 nüsxədir.