Suriya Prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. BakıPost xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya televiziyasına müsahibə zamanı Əsəd ABŞ-dakı prezident seçkisindən, ölkəsindəki son vəziyyətdən danışıb. Əsəd müsahibədə həmkarı Rəcəb Tayyib Ərdoğan haqda da fikir bildirərək onu tənqid edib.
Suriya prezidenti müsahibəsində Ərdoğanı tamamilə xəstə bir adam olduğunu bildirib: "Biz xəstə bir adamdan danışırıq. Ərdoğan indiki vaxtda deyil, Osmanlı dövründə yaşayır. O, tamamilə meqalomanyak bir prezidentdir”.Əsəd Türkiyənin ordusunun Ərdoğana məxsus olduğunu da qeyd edib: "Suriyada terroristlərə qarşı döyüşmək Ərdoğan ordusuna qarşı mübarizə aparmaqdır. Türkiyə ordusu Ərdoğana məxsusdur. Bu Ərdoğan ordusudur".
Suriya prezidenti Donald Tramp ilə müttəfiq ola biləcəklərini açıqlayıb: "Rusiya, İran və ABŞ ilə terrorçulara qarşı müttəfiq ola bilərik. Trampın İŞİD qruplaşmasına qarşı mübarizə aparacağı ilə bağlı səsləndirdiyi fikirlərə ümid edirəm. Amma onun sözünü tutub-tutmayacağını gözləyib görəcəyik".
Suriyadakı hazırkı vəziyyətin bütün dünyanı təhdid etdiyini açıqlayan Əsəd hökumətinin əsas vəzifəsinin terrorçularla mübarizə aparmaq olduğunu vurğulayıb: "Buna görə də Hələbdə vətəndaşlar canlı qalxan olaraq istifadə edilir. Suriyadakı vəziyyət bütün dünyanı təhdid edir. Rusiya və İranın ölkəmizi dəstəkləməsi isə bizim üçün əhəmiyyətlidir”.