İsrail altı ildən sonra Türkiyəyə yeni səfir təyin edib. Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq.
Qaziler.az-ın xəbərinə görə, bunu “Anadolu”ya İsrail XİN nümayəndəsi Emmanuel Nahson bildirib.Xatırladaq ki, Ankara və Təl-Əviv arasında 2016-cı ilin iyulunda ikitərəfli münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.
Qeyd edək ki, 2010-cu ildə Qəzza zolağına humanitar yük aparan “Mavi Mərmərə” gəmisində baş vermiş silahlı insidentdən sonra iki ölkə arasındakı münasibətlərdə böhran yaranmışdı.