Moskvanın Basman Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Qaziler.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ev dustaqlığının müddəti yanvarın 15-dək müəyyən edilib.Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundn əvvəl Aleksey Ulyukayevi etimadı itirdiyinə görə iqtisadi inkişaf naziri vəzifəsindən azad edib.
Qeyd edək ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in səhm paketinin alınmasına müsbət rəy üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.
Sosial səhifələrdə paylaş