İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib

İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib backend

İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib.

APA-nın İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: “Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim assambleyanın soyqırımlara qarşı mübarizəsi yetərli olubmu? Bu mübarizə Bosniyadakı soyqırımın qarşısını almaq üçün kifayət qədər səmərəliydimi? Xocalıda insanların ölümünün qarşısını almaq üçün səmərəliydimi? Bəs Taliban tərəfindən əfqanların öldürülməsinin?! Bu gün bu mübarizə Suriyada yetərlidirmi? Nigeriyada “Boko Haram”ın törədiklərinin qarşısını almaq üçün kifayət edirmi? Biz həddən çox göz yaşı axıdır, amma az iş görürük”.
Diaspora