“Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək”.
Qaziler.az-ın APA-ya istinadla xəbərinə görə, bunu ABŞ prezidenti seçilən Donald Tramp “CBS” telekanalına müsahibəsində bəyan edib.“ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində qeyri-qanuni yaşayanlardan gedir”, -deyə D.Tramp bildirib.
O, həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.