Qazaxıstan Parlament Məclisinin sədri, Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətdə olan sədri Nurlan Niqmatulin TürkPA-nın baş katibi Jandos Asanovu qəbul edib.
TürkPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, TürkPA-nın fəaliyyətdə olan sədri Assambleyanın fəaliyyətinin gələcək inkişafının əhəmiyyətini qeyd edib.Görüş zamanı dekabrın 22-də Bakıda keçiriləcək TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimi ilə əlaqədar hazırlıq işlərinə toxunulub.