Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.
Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif baxışlardan şərh edilib.Amma ən maraqlı olan odur ki, Ə.Abıyev Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.
Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan və Kolumbiya bayraqlarının dəyişik salınması halı baş verib.