Dekabrın 2-də "Swazco" Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Stokholm şəhərində "Qafqaz regionunun geopolitik durumu" adlı seminar keçiriləcək.
Bu haqda Qaziler.az-a "Swazco"nun sədr müavini Leyla Kiani məlumat verib. Seminarın çıxışçıları isveçli tarixçi-professor Tomas Lunden və Stokholm Universitetinin doktorantı, gənc alim Fərəc Quliyevdir. Seminar İsveç mediası tərəfindən geniş işıqlandırılacaq. Xatırladaq ki, "Swazco" Azərbaycan -İsveç Dostluq Cəmiyyəti 2015-ci ilin aprel ayından fəaliyyət göstərir. Bu təşkilat sırf İsveç və Azərbaycan dostluğu, həmkarlığı üzərinə yaradılıb və idarə heyətinin üzvlərinin yarısı isveçlilərdir.