Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.E.Məmmədyarov Azərbaycanın bu görüşə razılıq verdiyini bildirib.
Nazirin sözlərinə görə, münaqişənin həllində passivlik müşahidə olunur: “Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur”.