Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov noyabrın sonunda Pakistana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Noyabrın sonunda Y.Camalov beynəlxalq müdafiə sərgisində iştirak məqsədilə Pakistana səfər edəcək”, - deyə mənbə bildirib.
Qeyd edək ki, 22-25 noyabr tarixlərində Pakistanın Karaçı şəhərində IX "İDEAS-2014" beynəlxalq müdafiə sərgisi və seminar keçiriləcək.
Virtualaz.org xatırladır ki, dünən Pakistanın Ticarət və Müdafiə Sənayesi nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq ediblər.