Slovakiyalı deputatların Azərbaycana səfəri başlayır

Slovakiyalı deputatların Azərbaycana səfəri başlayır backend

Bu gün slovakiyalı millət vəkillərinin Azərbaycana səfəri başlayır. Avropa Azərbaycan Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Slovakiya-Azərbaycan Dosluq qrupunun sədri, Konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Parlament Assambleyasındakı Slovakiya nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü Olqa Naxtmannova (SMER-SD Partiyası), Sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Prtiyası), Xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Prtiyası), Konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil) və Mandat və Toxunulmazlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.

Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən səfər aprelin 11-dək davam edəcək. Slovakiyalı millət vəkillərinin səfər proqramında Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və ASAN Xidmətdə görüşlərin keçirilməsi nəzərdə tutulub. Qonaqlar həmçinin Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Parlamentarilər məcburi köçkün düşərgəsinə də baş çəkəcəklər.
Diaspora