Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək. "İnterfax" agentliyinin verdiyi məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin genişlənməsinə yönəlmiş bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovla Minskdə görüşü zamanı Azərbaycan prezidenti ilə noyabrın 28-29-da görüşəcəyini bildirmişdi.