Braziliya Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir

Braziliya Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir backend

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Qaziler.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rodriqo Mayanı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibə verən Rodriqo Maya Bakıya üçüncü dəfə səfər etdiyini, Braziliya parlamentinin sədri kimi isə ilk olaraq Azərbaycana gəldiyini bildirib. O deyib: “Ölkələrimizi birləşdirən neft, qaz və digər sənaye sahələri mövcuddur. Səfərimin məqsədi Braziliya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir”.

Diaspora