Azər Həsrət Vyanada ermənilərin qətlə yetirdikləri jurnalistlər haqda danışdı

Azər Həsrət Vyanada ermənilərin qətlə yetirdikləri jurnalistlər haqda danışdı backend

Bu gün CASCFEN sədri, dəyərli həmvətənimiz, həmkarımız Azər Həsrət ATƏT-in Vyana konfransında çıxış edib. O, çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xeyli sayda dəyərli jurnalistlərini qurban verib. Bu barədə Azər Həsrət facebook hesabında videoçıxış paylaşıb.

İlk qurban Azərbaycanın tanınmış jurnalisti Salatın Əsgərova olub.

Daha sonra Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov və Aydın Hüseynzadə də Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan jurnalistlər olub. Onlar noyabrın 20-də helikopterlə Dağlıq Qarabağa səfər edərkən erməni separatçıları tərəfindən vurulan helikopterdə həyatlarını itiriblər.

Azər Həsrət onu da bildirib ki, 1991-ci ildə erməni snayperləri tərəfindən Rusiyanın *Mayak* radiosunun müxbiri Leonid Lazareviçi də vurublar. Həmçinin elə həmin ildə daha bir Rusiya jurnalisti *Molodaya Qvardiya* qəzetinin müxbiri Valeri Dementyev də ermənilər tərəfindən öldürülüb.

Daha sonra Azər Həsrət bildirib ki, qoy erməni tərəfi də göstərsin görək indiyə kimi hansı erməni jurnalist Azərbaycan tərəfindən qətlə yetirilib.

QAZİLER.AZ həmin videoçıxışı təqdim edir:

Diaspora