Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırıldı

Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırıldı backend

Elxan Poluxov səfir vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Diaspora