ATƏT müşahidəçiləri ABŞ-da seçkinin təşkilini pislədilər

ATƏT müşahidəçiləri ABŞ-da seçkinin təşkilini pislədilər backend

ATƏT müşahidəçiləri ABŞ-da noyabrın 8-də baş tutacaq seçkilərin təşkilindəki pozuntulara görə narahatlıq keçirirlər.


ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Georq Linkin sözlərinə görə, altı milyona qədər amerikalı seçki prosesindən kənarda saxlanılıb. O, “Frankfurter Allgemeine Zeitung”-a bildirib ki, söhbət 2,6 milyon məhkumdan və hazırda istintaq altında olan 3,2 milyon şübhəli şəxsdən gedir.

ABŞ-dakı seçkiləri müşahidə edən ATƏT nümayəndəsi Yurgen Klinke isə Almaniyanın “Bild” qəzetinə deyib ki, ABŞ-da seçki prosedurları ilə bağlı narahatlıqlar var. Onun sözlərinə görə, ABŞ hökuməti “Beynəlxalq normalara əməl etmək üçün çalışmalıdır”.

Klinke bildirib ki, ABŞ-da bəzi saat qurşaqlarında yerləşən ştatlarda hələ səsvermə bitməmiş, digər qurşaqlarda yerləşən ştatlarda artıq nəticələr açıqlanacaq. Bu isə seçicilərin düşüncəsinə təsir etdiyi üçün yolverilməzdir.(azvision.az)
Diaspora