Azərbaycan prezidenti İlham Əliyev türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram”.