Dünən rəsmi Ankara ilə danışıqlar aparan Pentaqon təmsilçisi Eş Karter Bağdadda İraqın baş naziri Heydər İbadi ilə görüşüb.
Qaziler.az "NTV"-yə istinadən xəbər verir ki, gündəmdə Türkiyənin Mosuldakı əməliyyatlara qatılmaq məsələsi də olub.Görüşdən sonra brifinq keçirən H.İbadı bunları deyib:"Türkiyənin əməliyyata qatılmaq istədiyini bilirəm. Onlara təşəkkür edirəm. Bu, iraqlıların edəcəyi bir işdir. Mosulu və digər bölgələri iraqlılar azad edəcək".
H.İbadi onu da bildirib ki, əgər köməyə ehtiyac olsa, bu zaman Türkiyə və digər ölkələrdən yardım istəyəcəklər.
Qeyd edək ki, daha öncə Pentaqon rəsmisi E.Karter Türkiyə və İraq arasında Mosul əməliyyatı ilə bağlı razılıq əldə edildiyini bəyan etmişdi.