Türkiyənin baş naziri Binali Yıldırım Milliyyətçiçi Xalq Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə görüşəcək. Musavat.com-un məlumatına görə, bu barədə Baş Nazirlik məlumat yayıb. Məlumatda qeyd edilir ki, görüş oktyabrın 17-i günorta saatlarında baş tutacaq. Görüşün Çankaya sarayında keçiriləcəyi bildirilib.
Görüşdə müzakirə olunacaq məsələlər haqqında məlumat verilməyib.
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
